Fevralın 27-də Lənkəran rayonunun Xəzər dənizinin sahilində"Dəhnə" adlanan ərazisində 3 ədəd tank əleyhinə mina taşkar edilib. SİA-nın Cənub bürosunun məlumatına görə, hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları və Sərhəd Qoşunlarının əməkdaşları cəlb olunublar.
Əraziyə baxış keçirildikdən sonra lazımi təhlükəsizlik tədbirləri görülüb.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, aşkarlanmış minalar xüsusi qaydalarla zərərsizləşdiriləcək.
Qeyd edək ki, həmin ərazidə müxtəlif silah-sursatlara tez-tez rast gəlinir. SSRİ zamanında orada hərbi hissə yerləşib. Tez-tez aşkarlanan silah-sursatların da həmin hərbi hissə tərəfindən əraziyə atıldığı ehtimal edilir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB