AMEA Rəyasət Heyəti Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunan "Azərbaycan elminin baş qərargahı: tarix və müasirlik" sənədli filminin çəkilməsinə dair qərar qəbul edib. SİA-nın xəbərinə görə, sənədli filmin ssenarisinin yazılması və çəkilişinin təmin edilməsi Akademiyanın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə edilib. Sənədli filmə dair sənədlərin toplanılması, mövcud kinoxronikanın əldə edilib öyrənilməsi, seçilib müəyyənləşdirilməsi və təhlili üçün İşçi qrupu yaradılıb.
Qeyd edək ki, 2015-ci ilin mart ayında AMEA-nın yaradılmasının 70 ili tamam olur. Akademiyanın 70 illik yubileyini yüksək səviyyədə qeyd etmək məqsədilə AMEA Rəyasət Heyətinin 20 noyabr 2013-cü il tarixli qərarı ilə "AMEA-nın 70 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edilmişdir. Tədbirlər Planında AMEA haqqında filmin çəkilməsi də nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB