Tədqiqat işləri bu il yekunlaşacaq

Tədqiqat işləri bu il yekunlaşacaq

Azərbaycan Milli Elmlər Akademiyasının Eroziya və Suvarma İnstitutunun Eroziyaya uğramış torpaqların monitorinqi və mühafizəsi şöbəsinin 2012-ci ildən apardığı tədqiqat işi bu il yeklunlaşacaq. İnstitutdan SİA-ya verilən xəbərə görə, tədqiqat işinin mövzusu "Lənkəran vilayətinin Cənub və Cənub-Şərq hissəsində eroziya prosesinin öyrənilməsi, monitorinqi və ona qarşı kompleks mübarizə tədbirlərinin işlənib hazırlanmasıdır". Mövzunun ümumi dəyəri isə 166,1 manatdır.

Şöbənin direktoru, mövzunun elmi rəhbəri aqrar elmləri üzrə fəlsəfə doktoru Fərhad Sadıqov bildirir ki, bu mövzu altında iki iş aparılır: "I iş "Lənkəran rayonu ərazisində eroziya prosesinin öyrənilməsi, monitorinqi və ona qarşı kompleks mübarizə tədbirlərinin işlənib hazırlanması"dır. Bu işdə məsul icraçı şəxs aqrar elmləri üzrə fəlsəfə doktoru Knyaz Əfkərovdur. Belə ki, məlum məqsədlə Lənkəran çayının sağ su toplayan hissəsində müvafiq ərazi seçilmiş və iş proqramına uyğun olaraq məlum tədqiqat işləri aparılır. II iş isə "Astarada suvarılan torpaqlarda irriqasiya eroziyasına qarşı mübarizə tədbirlərinin aparılması və münbitliyin bərpası"dır. Bu işin məsul icraçısı isə aqrar elmləri üzrə fəlsəfə doktoru Tamam Babayevadır. Tədqiqat işinin yerinə yetirilməsində məqsəd ölkənin dağ suvarma əkinçiliyinin zonalarında vüsət almış irriqasiya eroziyasının səbəblərini öyrənib və onun qarşısını almaqdır".

Qeyd edək ki, hesabat dövrü ərzində tədqiqat mövzusunu əks etdirən 3 elmi məqalə müvafiq jurnallarda dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə