Martın 1-də saat 12.00-da N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyi ilə birgə məktəblilərlə "Əyləncəli elm" mövzusunda görüş keçirəcək. AMEA-dan SİA-ya verilən xəbərə görə, elmin populyarlaşdırılması və şagirdlərin elmə marağının artırılması məqsədi ilə təşkil olunan tədbirdə gənc alimlər fizika və kimyaya dair əyləncəli təqdimatlar nümayiş etdirəcəklər.
Görüşün hazırlıq prosesi çərçivəsində təcrübələr Fizika və Kimya Problemləri institutlarında Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsi ilə Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən baxışdan keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB