"Nargis" jurnalının baş redaktoru Gürcüstanın məşhur "Nanukas Show" televiziya verilişinin qonağı olub

"Nargis" jurnalının baş redaktoru Gürcüstanın məşhur "Nanukas Show" televiziya verilişinin qonağı olub

Azərbaycanda nəşr olunan "Nargis" jurnalının baş redaktoru Ülviyyə Rəhmanova Gürcüstanın məşhur "Nanukas Show" televiziya verilişinin qonağı olub.

Ülviyyə Rəhmanova "Nargis" jurnalının hazırda Gürcüstanda təqdimatını keçirir. Verilişdə "Nargis" jurnalının yaranmasından danışan Ülviyyə Rəhmanova bildirmişdirib ki, təqdimatla əlaqədar jurnalın "Welcome to Georgia" əlavəsi hazırlanıb. "Jurnalın sonuncu nömrəsində biz Gürcüstan, Tbilisi şəhəri, həm gürcü, həm də azərbaycanlı istedadlar haqqında yazmışıq. Bizim gürcü xalqı ilə oxşar cəhətlərimiz çoxdur. Mədəniyyətimiz, mətbəximiz, mübarizlik ruhumuz çox bənzərdir", - deyə Ü.Rəhmanova qeyd edib.

Nəşr haqqında danışarkən baş redaktor bildirib ki, jurnal Azərbaycanın birinci xanımı tərəfindən də bəyənilir və onun birinci nömrəsində ilk fotosessiya məhz Mehriban Əliyevanın iştirakı ilə olub.

O, həmçinin təqdimat çərçivəsində moda nümayişinin keçiriləcəyini və geyimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çəkdiyi ornamentlərdən istifadə olunduğunu deyib.

Ü.Rəhmanova bildirib ki, jurnalı anasının şərəfinə adlandırıb və çox istərdi ki, nəşr anası kimi daxilən zəngin və hərtərəfli olsun.

Sonda Ü.Rəhmanova verilişin aparıcısına Azərbaycan xalçası və kəlağayı hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə