Azərbaycan Milli Elmlər Akademiyasında bəzi elmi müəssisələrinin adları dəyişdirilib, həmçinin yeni institutların yaradılması nəzərdə tutulub. SİA-nın xəbərinə görə, AMEA prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib ki, elm və texnologiyaların inkişafı, yeni elmi istiqamətlərin meydana çıxması Akademiyanın nəzdindəki bəzi institutların fəaliyyətinin genişlənməsi ilə müşaiyyət olunur və bu, AMEA-nın strukturunda islahatlara ehtiyac yaradıb.
İclasda Neft və Qaz Elmi Tədqiqat, Dünya Siyasəti, Elm Tarixi İnstitutunun yaradılması məqsədilə zəruri tədbirlərin icrası haqqında qərar qəbul olunub. Qərara alınıb ki, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adından sosiologiya sözü götürülsün. Mərdəkan Dendrarisi Dendralogiya, Kibernetika İnstitutu İdarəetmə Sistemləri İnstitutu, Geologiya İnstitutunun Geologiya və Geofizika İnstitutu, Kimya Problemləri İnstitutu Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutu isə Konfiliktologiya və İnsan Hüquqları İnstitutu adlandırıısın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB