"Alimlər şəhərciyi"nin maketi hazırdır FOTO

"Alimlər şəhərciyi"nin maketi hazırdır FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün çoxmənzilli yaşayış binalarından ibarət "Alimlər şəhərciyi" salınacaq. SİA-nın xəbərinə görə, Yasamal rayonu ərazisində Mərkəzi Nəbatət Bağının yaxınlığında inşa olunacaq şəhərciyin binaları 7 blokdan ibarət olacaq.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətində şəhərciyin maketi ilə tanış olub.

Bununla yanaşı, ATV-nin binasının yaxınlığında AMEA-nın yataqxanasının ərazisində tikilən binalarda mənzillərin sayı 200-ə çatdırılıb. Həmin bina tikinti şirkətləri ilə şərikli inşa olunub və oradan AMEA əməkdaşları üçün evlər ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə