“Onlayn media: peşəkarlıq və məsuliyyət” mövzusunda dəyirmi masa keçirilib.
Bu gün Mətbuat Şurasında "Onlayn media: peşəkarlıq və məsuliyyət" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, şuranın idarə heyətinin üzvləri, onlayn portalların baş redaktorları, informasiya vasitələrinin nümayəndələri, həmçinin jurnalist təşkilatlarının, təmsilçiləri və müstəqil ekspertlər iştirak ediblər.
Tədbirdə çıxış edən Əflatun Amaşov bildirib ki, internet hər bir insanın məişətinə daxil olub və fikrin formalaşmasında mühüm rola malikdir: "Mətbuat Şurası tərəfindən keçirilən sorğuya əsasən internet ictimai fikrin formalaşmasında televiziyadan sonra ikinci yerdə dayanır: " Bu faiz getdikcə artacaq. Yaxın illərdə internet ictimai fikrin formalaşmasında birinci yerdə olacaq"
Mətbuat Şurasının komissiya sədri Elnur Baimov bildirib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində Elektron Təhlükəsizlik Mərkəzi yaradılıb ki, hər hansı bir portal rəhbəri saytda yaranan problemlə bağlı mərkəzin qaynar xəttinə müraciət edə bilər: "16 54 mərkəzin qaynar xəttidir. Bu nömrəyə haker hücumu və digər məsələlər bağlı zəng etmək mümkündür".
Tədbirdə çıxış edən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət onlayn mediada olan problemlərdən söz açıb. Onun sözlərinə görə, xəbər portallarının artdığı zaman ana dilimiz bərbad hala düşür: "Xəbər yarışı dövründə bu amili arxa plana salmaq düzgün deyil".
Tədbirdə internet media ili çərçivəsində nəzərdə tutulan işlər barədə məlumat verilib, eyni zamanda internet üzərində yaradılan KİV- dəki mövcud peşəkarlıq xüsusiyyətlərinə, internet media ilə bağlı qlobal miqyasdakı təzahür formalarına diqqət yetirilib.
Tədbir müzakirələr əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB