“Onlayn mediada jurnalistlər davranış qaydalarına əməl etməlidir”

“Onlayn mediada jurnalistlər davranış qaydalarına əməl etməlidir”

"Xəbər portallarının əksəriyyəti xəbərin tez yerləşdirilməsi ilə bağlı yarışırlar. Lakin onlar keyfiyyət dəyişikliyi haqqında düşünməlidirlər. Son zamanlar bir çox xəbər portalları keyfiyyətsiz yazıya görə öz oxucularını itirməyə başlayıblar". SİA-nın məlumatına görə, bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət onlayn media ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda xəbər sahələrinin sayı daha çoxdur: "Xəbər portallarının artdığı zaman ana dilimiz bərbad hala düşür. Bu da Azərbaycan dilinin normalarına ziddir. Xəbər yarışı dövründə bu amili arxa plana salmaq düzgün deyil. Onlayn mediada jurnalistlər davranış qaydalarına əməl etməlidirlər. Bu davranışlara təkcə jurnalistlər deyil, hətta həmin portala şərh yazan belə bu qaydalara əməl etməlidir. Bəzən saytlarda insanlar etikadan kənar fikirlər səsləndirməklə şərh yazırlar. Şərh yeri insanların müstəqil şəkildə fikir bildirmələri üçün nəzərdə tutulur, etikadan kənar fikirlər yazmaq üçün deyil. Bu məsələlər insanların özləri tərəfindən tənzimlənməlidir. Hər kəs öz yazısına diqqət etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə