“Xocalısız 22 il” adlı tədbir keçirilib

“Xocalısız 22 il” adlı tədbir keçirilib

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ( ATGTİ ) və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ( YAP GB ) birgə əməkdaşlığı çərçivəsində Səbail rayonu 7 saylı tam orta məktəbdə "Xocalısız 22 il" adlı tədbir keçirlib. SİA-nın məlumatına görə, tədbir dövlət himninin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirin gedişatında orta məktəbin şagirdləri Xocalı mövzusunda müxtəlif səhnəciklər, şeirlərlə çıxış ediblər.

Tədbirdə çıxış edən orta məktəbin və ATGTİ-nin nümayəndələri mövzu ətrafında öz fikirlərini bölüşüblər. Sonra şagirdlərə üzərində Xocalı faciəsini əks etdirən köynəklər paylanılıb. Daha sonra şagirdlər YAP GB-nin ofisində "Xocalı həqiqətləri" mövzusunda maarifləndirici seminarda iştirak ediblər.

Silsilə tədbirlər çərçivəsində ATGTİ-nin təşkilatçılığı ilə 285 saylı tam orta məktəbdə şagirdlərarası " Nə? Harada? Nə zaman ? " intellektual oyunu təşkil edilib. ATGTİ, qeyri-hökumət və məktəblərlərlə iş departamentinin nümayəndələri və 285 saylı tam orta məktəbin rəhbərliyi tərəfindən iştirakçı komandaların üzvlərinin hər birinə və qalib komandanın üzvlərinə yarışda fərqləndiklərinə görə sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə