Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Nyu-York Azәrbaycan - Amerikan Qadınlar Assosiasiyası Ermәnistanın BMT- dәki daimi nümayəndəliyinin vә BMT-nin Baş Assambleyasının binası qarşısında etiraz aksiyası təşkil edib. Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aksiya iştirakçıları әllәrində Azәrbaycan, Türk, Amerika bayraqları, Xocalıya ədalət tələb edən, faciәni әks etdirən plakatlar tutublar. Onlar "Ermәnistan terrorçu", "Ermənistan uşaq vә qadın qatili", "Ermәnistan, etdiklәrindәn utan!", "Ermәnistan, Azərbaycandan və Türkiyәdən əlini çәk!" kimi şüarlar sәslәndirib.
Mitinq çərçivəsində yerli sakinlərə və turistlərə Xocalı faciәsi haqqında broşürlər paylanılıb.
Aksiyada Türk icmasının nümayəndələri də qatılaraq soydaşlarımıza dəstək nümayiş etdiriblər və bu dәhşәtli faktı bütün dünyaya çatdırmaq üçün әllәrindәn gәlәni edәcәklәrinә söz veriblər.
Amerikalı yazıçı xanım Lisa Hellman Lomauro etiraz nümayişində iştirak edib. Lisa Hellman Lomauro Ermәnistan və Azərbaycan arasındakı uzunmüddətli münaqişәnin həlli yolunda əlindən gələn köməyi göstərәcəyinә söz verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB