Rumıniyanın ingilis dilində nəşr olunan "Nine O’clock" qəzetində Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə "Xocalı-Azərbaycana qarşı insanlıq cinayəti" sərlövhəli məqalə dərc edilib.
Məqalədə Azərbaycan xalqının tarix boyu erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilməsindən bəhs olunub.
Bildirilib ki, XX əsrin ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımına dünya miqyasında hələ də lazımi hüquqi qiymət verilməyib. Vurğulanıb ki, bu gün xarici ölkələrdəki diasporunun köləsinə çevrilmiş Ermənistan dövləti Xocalıda günahsız insanlara qarşı törətdiyi qırğını ört-basır edə bilməz, çünki bu soyqırımını törədənlər öz qanlı əməllərini müxtəlif dövrlərdə davamlı şəkildə, "qürurla" və utanmazcasına ictimaiyyət qarşısında etiraf ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB