Almaniyanın paytaxtı Berlində Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı aksiya keçirilib. Yeni Azərbaycan Partiyasının rəsmi saytından SİA-ya verilən məlumata görə, aksiya yerli vaxtla saat 2-də başlayıb. Burada Azərbaycanlı gənclər, tələbələr, idmançılar, diaspora nümayəndələri və Azərbaycanın üç millət vəkili Rauf Əliyev, Siyavuş Novruzov və Xanlar Fətiyev iştirak edib.
Diaspora Komitəsinin və səfirliyin nümayəndəsinin iştirakı ilə baş tutan aksiya zamanı Berlində Xocalı abidəsi önünə gül dəstələri qoyulub. Almaniya-Azərbaycan mədəniyyət evində Xocalı faciəsinin qurbanlarına ehsan verilib.
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB