Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar Gənclər üçün Təhsil Mərkəzinin Şirvan regional ofisi "Xocalı - gəncliyin qan yaddaşı" adlı konfrans keçirib. Şirvan şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə baş tutan konfransı giriş sözü ilə açan idarənin rəisi Azər Quliyev Xocalıda törədilənlərin heç bir müharibə qanunlarına sığmadığını, dinc əhalinin kütləvi şəkildə öldürülməsini XX əsrin ən ağır cinayət olduğunu diqqətə çatdırıb.
Mərkəzin Şirvan ofisinin Yusif Poladov çıxış edərək, Xocalı hadisələrinin beynəlxalq ictimaiyyət tərəfindən ədalətli qiymət verilməsinə nail olmaq üçün gənclərimizin səfərbər olunmasının vacibliyini vurğulayıb.
YAP Şirvan şəhər təşkilatının sədri Əbilhəsən İbrahimov və Şirvan şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Günay Əmirova çıxışlarında erməni qatillərinin Xocalıdakı vəhşiliklərinin tarixdə qanlı iz buraxdığını bildirib, bir sıra tarixi faktlara toxunublar.
Tədbir məktəbli gənclərin Xocalı faciəsinə həsr olunan şer kompazisiyası ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB