Azərbaycanda Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib

Azərbaycanda Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib

Bu gün saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb. SİA-nın xəbərinə görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə