AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xocalı faciəsi anılıb FOTO

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xocalı faciəsi anılıb FOTO

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunan "XX əsrin ən böyük faciəsi-Xocalı soyqırımı" adlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərli Azərbaycan xalqının başına gələn tarixi faciələrdən, erməni millətçiləri tərəfindən törədilən Xocalı soyqırımından, orada baş verən soyqırımın dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun, xüsusilə fondun vitse-prezidenti Leyla Əliyevanın əvəzolunmaz xidmətlərinin olduğundan danışıb.

Daha sonra kitabxananın direktor müavini Firəngiz Hüseynova çıxışı zamanı Xocalıya qarşıya edilən cinayətin insanlığa zidd olduğunu və tezliklə bu qanın yerdə qalmayacağına əmin olduğunu bildirib.

Çıxışlar bitdikdən sonra kitabxananın əməkdaşı Aytən Rəhimli sərgi haqqında və oradakı ədəbiyyatlar barəsində tədbir iştirakçılarına geniş məlumat verib. Bildirilib ki, sərgidə Azərbaycan, rus, Avropa və Şərq xalqlarının dillərində 150-dək ədəbiyyat nümayiş olunur. Sərgilənən ədəbiyyatlar sırasında Ziyəddin Sultanovun "Qarabağ müharibəsi: faktlar...hadisələr...düşüncələr" kitabında 1988-ci ildən - hadisələrin əvvəlindən indiyədək baş verən əsas məqamlar konkret faktlarla öz dərin publisistik həllini tapıb.

Sərgidə Xocalı soyqırımına həsr edilən bir çox başqa kitablar, dövri nəşrlər, fotoşəkillər və videoçarxlar nümayiş edilib. Sərgi 15 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə