Lənkəranda Xocalı faciəsinin 22-ci ildönümü ehtiramla qeyd edilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, fevralın 26-da şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov başda olmaqla İcra aparatının, idarə, müəssisə və təşkilatların rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, tələbələr, məktəblilər şəhərin mərkəzində əsaslı şəkildə yenidən qurulmuş azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gələrək, faciə qurbanlarının xatirəsini yad ediblər. Əvvəlcə İcra başçısı Taleh Qaraşov faciə qurbanlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq abidənin önünə gələrək əklil qoyub. Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyorlarının ifasında "Qisas qiyamətə qalmaz" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Sonda ümumxalq ziyarəti başlanıb. Fevralın 26-da Lənkəran Dövlət Universitetində, rayonun kollec və ümumtəhsil məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr edilib, müxtəlif idarə, müəssisə və təşkilatlarda, qəsəbə və kəndlərdə anım mərasimləri, xatirə gecələri, sərgilər keçirilib.
Sərraf Mirsəfəroğlu


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB