Xocalı faciəsinin 22-ci ildönümü Gəncə şəhərinin Hacıkənd qəsəbəsində də anılıb. SİA-nın verdiyi məlumata görə, artıq 22 ildir Hacıkənd qəsəbəsində məskunlaşan Xocalılar bu günü anıllar. Mərasimdə uşaqlar faciəni əks etdirən müxtəlif kompozisiyalarla çıxış ediblər. Həmçinin faciənin tarixinə nəzər salınıb və hadisə şahidləri Xocalıda törədilən vəhşiliklərdən danışıblar. Anım mərasimində çıxış edən Xocalı hadisələrinin şahidləri erməni vandallarının vəhşiliklərindən söz açıblar. Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən Xocalıdan olan məcburi köçkünlərin şikayətləri dinlənilib və aidyyatı orqanlara tapşırıqlar verilib. İcra başçısı qeyd edib ki, Xocalıların mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər aparılır: "Bildiyimiz kimi, Xocalılar burda müvəqqəti olaraq məskunlaşıblar. Gəncə şəhər ərazisində onların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 560 nəfərlik qəsəbə salınır. Qəsəbədə həmçinin böyük bir parkda Xocalıda şəhid olanların xatirəsinə həsr olunan abidədə ucaldılacaq".
Qeyd edək ki, məcburi köçkünlər üçün qəsəbədə idman kompleksinin və məktəblərin tikintisi də nəzərdə tutulub. Yeni qəsəbənin salınması isə Xocalı sakinləri tərəfindən sevinclə qarşılanıb. Hazırda Hacıkənd qəsəbəsinin qazla təchizatı qışın soyuq aylarında yaranan bir çox problemi həll edib. Tədbirin sonunda isə mərasim iştirakçıları ehsan süfrəsinə dəvət olunub.

İlham Məmmədzadə, Gəncə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB