Gürcüstanda “Xocalını siz də tanıyın” adlı konfransı keçirilib

Gürcüstanda “Xocalını siz də tanıyın” adlı konfransı keçirilib

Tiflisdə "The Truth about the Khojaly" ("Xocalını siz də tanıyın") adlı layihə həyata keçirilib. Gürcüstan paytaxtında keçirilən tədbir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi ilə"SAF Həyat Naminə" Gənclər İctimai Birliyi tərəfindən həyata keçilib. Layihənin müəllifi Anar Abbasovun SİA-ya verdiyi məlumata görə tədbirin keçirilməsinə Gürcüstan Azərbaycanlıların Milli Konqresinin sədri Əli Babayev də dəstək verib.

Tədbir əsnasında iştirakçılara "The Truth about the Khojaly" haqqında film, CD disklər və bukletlər paylanılıb. Konfransının əsas ideyası Xocalı faciəsini digər xalqların gənclərinə olduğu kimi çatdırmaq və daha çox insanın bu faciədən xəbərdar olmasına nail olmaq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə