“"Əl-Ədalət Li Xocalı” kitabının təqdimat mərasimi keçiriləcək ELAN

“"Əl-Ədalət Li Xocalı” kitabının təqdimat mərasimi keçiriləcək ELAN

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının "QHT Nəşriyyatı" Xocalı soyqırımına həsr olunmuş kitabın çapı üçün elan etdiyi ərizə qəbulunu yekunlaşdırıb. Şuradan SİA-ya verilən xəbərə görə, 19 -24 fevral 2014-cü il tarixlərində 10-a yaxın ərizəyə baxılıb, Xocalı soyqırımı ilə bağlı ərəb dilində ilk dəfə yazılan "Əl-Ədalət Li Xocalı" (Xocalıya Ədalət) kitabının çap edilməsi qərara alınıb.

Kitabda bəşəriyyətə qarşı ağır cinayət və soyqırımı kimi qiymətləndirilən Xocalı faciəsi haqda ərəbdilli oxucular üçün müfəssəl məlumat verilir. Faciənin səbəbləri, həlak olanların siyahısı, müxtəlif beynəlxalq xəbər agentliklərinin məlumatları, hadisənin soyqırımı kimi tanıyan beynəlxalq hüququn akt və normaları, həmçinin Azərbaycan Respublikası Prezidentinin hadisəyə verdiyi siyasi qiymət kitabda ətraflı işıqlandırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 28 fevral 2014-cü ildə öz ofisində "Əl-Ədalət Li Xocalı" (Xocalıya Ədalət) kitabının təqdimat mərasimini keçirəcək.

Tədbirə ərəbdilli ölkələrin səfirliklərinin nümayəndələri, QHT və KİV təmsilçiləri dəvətlidilər.

Bütün xəbərlər Facebook səhifəmizdə