"Yaşlı nəslin təcrübəsindən faydalanaq" adlı geniş miqyaslı maarifləndirmə layihəsi davam edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin dəstəklənməsi, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ,kiçiklərə qayğı ruhunda tərbiyə olunması, ailə həyatına hazırlığı məqsədi ilə mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir. Komitədən SİA-ya verilən xəbərə görə, bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq Komitə tərəfindən Yerli İcra Hakimiyyət Orqanları ilə birgə Ağbirçəklər Şurasının üzvlərinin iştirakı ilə "Yaşlı nəslin təcrübəsindən faydalanaq" adlı geniş miqyaslı maarifləndirmə layihəsinin keçirilməsinə başlanılıb.
Layihənin Respublikanın bütün şəhər və rayonlarında keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində tədbirlər Yasamal, Nəsimi, Nərimanov, Nizami, Xətai, Sabunçu, Pirallahı və Binəqədi rayonlarında keçirilib.
Növbəti tədbir Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə Qaradağ Rayon Ağbirçəklər Şurasının üzvləri və rayon təlim tərbiyə müəssisələrində təhsil alan gənclər ilə 3 mart 2014-cü il saat 15.00 - da Qaradağ rayonun Heydər Əliyev Mərkəzinin binasında keçiriləcək.
Tədbir zamanı yaşlı və gənc nəsil arasında dialoqun keçirilməsi və komitə tərəfindən hazırlanmış məlumatlandırma vəsaitlərinin paylanması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB