Masallı rayon İcra hakimiyyəti başçısının Xocalı soyqırımı ilə bağlı təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonda bir sıra silsilə tədbirlər həyata keçirilib. SİA-nın məlumatına görə, belə tədbirlərin yekunu olaraq bu gün Masallı şəhər "Qəhrəmanlar parkı"nda soyqırım qurbanlarının anım mərasimi keçirilib.
Tədbirdə iştirak edən rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat əməkdaşları, veteranlar, ağsaqqallar, ziyalılar iştirak ediblər. Bununla yanaşı gənclər, məktəblilər, Xocalıdan olan məcburi köçkünlər və rayon sakinləri 26 fevral soyqırımı qurbanlarının xatirəsinə ucaldılan Abidə önünə təzə tər gül dəstələri düzüblər, soyqırım qurbanlarının ruhuna dualar oxuyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB