Azərbaycanın bəzi rayonlarında qar yağacaq

Azərbaycanın bəzi rayonlarında qar yağacaq

Sabah Azərbaycanın dağlıq və dağətəyi rayonlarında qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya bildirilib ki, fevralın 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 6-10 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da fevralın 27-də hava əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 1-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, ölkə ərazisində yağıntılı hava şəraitinin fevralın sonuna kimi davam edəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə