Bu gün Qaradağ rayonunun Qobustan qəsəbəsindəki 195 saylı orta məktəbdə Xocalı faciəsinin ildöünümü ilə bağlı tədbir keçirilib. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Qobustan qəsəbəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlər, müəllimlər, ziyalılar, şəhid ailələri iştirak ediblər.
Xocalı faciəsini özündə əks etdirən foto-sərgi nümayiş olunub. Daha sonra Xocalı şəhidlərinin qəhrəmanlıqlarına ithaf olunan şeirlər, poetik nümunələr səsləndirilib.
Tədbirdə qeyd olunub ki, Xocalı faciəsi Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB