Ötən gün Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Gənclər Birliyi Qaradağ rayonunda yerləşən "N" saylı hərbi hissədə "Xocalıya Ədalət" kampaniyasına dəstək çərçivəsində tədbir keçirib. Tədbirdə gənclər əl işlərindən ibarət Xocalı faciəsini əks etdirən rəsmlərə baxış keçirilib.
Çıxış edən YAP Qaradağ rayon təşkilatının aparat rəhbəri Ruslan İsmayılov, gənc alim, karate üzrə Avropa və Dünya çempionu Sədi Namazov Xocalı faciəsinin baş vermə səbəblərindən, erməni şovinistlərinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlardan danışıblar. Bildirilib ki, 26 fevral 1992-ci ildə yer üzündən silinən Xocalı şəhərinin 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri ahıl olmaqla 613 sakini qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 nəfər ermənilər tərəfindən əsir götürülüb, təhqirlərə məruz qalıb. Onların 150 nəfəri itkin düşüb. 24 uşaq hər iki valideynini itirib, 130 körpə isə bir valideynindən məhrum olub. Soyqırımı qurbanlarından 56 nəfəri amansız vəhşiliklə qətlə yetirilib.
Çıxış edənlər Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan fəaliyyəti yüksək qiymətləndiriblər. Xüsusilə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən "Xocalıya Ədalət" kampaniyasının səyi ilə Xocalı qətliamı dünyanın bir sıra ölkələrində yad edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB