Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova martın 6-da Göyçay rayonunda (Ağsu, Şamaxı, Qobustan, İsmayıllı) vətəndaşları qəbul edəcək.
Komitədən SİA-ya verilən məlumata görə, görüşdə məşğulluq, qadın problemləri və gender məsələləri, məişət zorakılığı istiqamətləri üzrə vətəndaşların qəbulu nəzərdə tutulur. Əvvəlcədən qəbula yazılmaq üçün AQUPDK-nin Kadr və Kargüzarlıq şöbəsinə və ya Göyçay Rayon İcra Hakimiyyətinə müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB