Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Murmansk regional bölməsinin ofisində Azərbaycanın ən yeni tarixində faciəli hadisələrdən birinə - Xocalı şəhərində ermənilərin törətdikləri soyqırımına həsr olunmuş silsilə tədbirlər planının işlənib hazırlanması başa çatıb. SİA-ya verilən məlumata görə, bura gələnlər Qarabağ münaqişəsi, onun ölkəmiz üçün verdiyi ağır nəticələr haqqında fotosənədlər və kitablar – "Qarabağ gerçəklikləri" seriyasından olan nəşrlər, "Azərbaycan", "Şuşa. Qrafika", "Çiçək və işıq", "Qarabağ gündəliyi" (müəllif – Yuri Pompeyev), "Şəxsiyyət və zaman" (müəllif – Elmira Axundova), "Taleyin keşməkeşləri. Heydər Əliyev" (müəllif – Nikolay Zenkoviç) və s. fotoalbomları ilə, habelə "Xocalıya ədalət!" kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 13 fevral tarixli Sərəncamı ilə tanış olurlar.
ÜAK-ın regional bölməsinin rəyasət heyətinin üzvü, iqtisadçı Amil Vəliyev görüləcək işlərdən danışarkən ofisin foyesində hazırlanan fotokompozisiyanı- silahlı erməni separatçılarının dinc sakinlərə tutduğu qanlı divanın epizodlarını əks etdirən kompozisiyanı şərh edib.
Xalqımızın həyatında faciəli tarixə həsr olunan tədbirlərdə Rusiyanın Murmansk vilayətində yaşayan müxtəlif millətlərin nümayəndələri iştirak edirlər.
Yerli KİV-lərdə XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında materiallar dərc olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB