Mübariz Qurbanlı "Ana harayı" abidəsinin köçürülməsini təklif etdi
Parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili Mübariz Qurbanlı Xətai rayonunda yerləşən "Ana harayı" memorial kompleksinin Şəhidlər Xiyabanına köçürülməsini təklif edib. SİA-nın xəbərinə görə, M. Qurbanlı hesab edir ki, Xocalı soyqırımını əks etdirən bu abidə rəsmi protokola daxil edilməlidir: " "Ana harayı" abidəsi Şəhidlər Xiyabanına köçürülməlidir. Əgər bu abidə həmin əraziyə köçürülsə, o zaman Azərbaycana gələn xarici qonaqlar da Xocalı soyqırımı ilə daha yaxından tanış ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB