Lənkəranda “Xocalı soyqrımı - XX əsrin faciəsi” adlı tədbir keçirilib
Lənkəran şəhər Gənclər və İdman İdarəsi, şəhər Təhsil şöbəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 22-ci ildönümünün anımı məqsədilə tədbir keçirilib. 200 nəfər məktəblinin iştirakı ilə baş tutan tədbirin açılışnı Gənclər və İdman İdarəsinin rəis müavini Nazim Vəliyev edərək bildirib ki, Xocalı soyqrımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. O, Ümumilli Liderimiz Heydər Əliyevin sitatını qeyd edərək deyib: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarıdan biri kimi daxil oldu".
Sonra şəhər Təhsil şöbəsinin müdür müavini Güloğlan Bağırov geniş məruzə ilə çıxış edərək Xocalı faciəsinin təkcə Azərbaycana deyil, ümumilikdə bəşəriyyətə, insanlığa qarşı yönəldilən ən ağır cinayət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin elmi işçisi Ruhulla Şahbazi Xocalı faciəsinin dünyaya bəyan edilməsi yolunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səylərindən bəhs edib və bildirib ki, məhz İlham Əliyevin uğurlu siyasətinin nəticəsində bu gün dünyanın nüfuzlu dövlətləri və ABŞ-ın 10 ştatı Xocalı faciəsini tanıyıb və Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin üzərinə düşən məsuliyyəti xüsusi qeyd edib.
Çıxışların sonunda Xocalı faciəsində həlak olanlar bir dəqiqəlik sükutla yad edilib.
Tədbir Vahid Mustafayevin "Xoca" filminin nümayişi ilə yekunlaşıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB