Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) İstanbuldakı qərargahından verilən məlumata görə, dünən İstanbulda "Zəhra Ana" dərnəyi tərəfindən Xocalı faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib. SİA-nın məlumatına görə, Əsasən Türkiyə cəfərilərinin iştirakı ilə keçirilən tədbirdə Türkiyə Cəfərilərinin lideri Səlahaddin Özgündüz, Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov, Türkiyə millət vəkilləri Atila Kaya və Ali Özgündüz, İKGF-nin Aparat rəhbəri Elməddin Mehdiyev və azərbaycanlı millət vəkilləri Elman Məmmədov və Aqil Abbas çıxış ediblər.
İKGF-nun aparat rəhbəri E.Mehdiyev tədbirdə çıxış edərər İKGF Mədəniyyətlər arası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsünün Xocalıda baş verənlərə dünya ictimaiyyəti tərəfindən lazımi hüquqi-siyasi qiymətin verilməsi, faciəni törədənlərin beynəlxalq məhkəməyə çıxarılması yönündə fəaliyyətləri və əldə olunan nəticələr haqda tədbir iştirakçılarını məlumatlandırmışdır. E.Mehdiyev həmçinin, Azərbaycan dini icmalarının təşəbbüsü ilə başladılıb "Haqqın və Haqqımızın səsi" layihəsi çərçivəsində ictimaiyyətə təqdim olunan "Qazi Qarabağ Azanı" haqda danışıb və mənəvi dəyəri yüksək olan bu azanın şəhidlərin ruhunu şad etməyə yönəlik bir çağırış olduğunu bildirib.
Qeyd edək ki, Xocalı faciəsinin ildönümü günü Türkiyənin fərqli şəhərlərində, o cümlədən Ermənistanla həmsərhəd bölgələrində Qazi Qarabağ azanının səsləndirilməsi nəzərdə tutulub.
Tədbirdə çıxış edən Baş Konsul H.Zeynalov və millət vəkilləri Xocalı faciəsi haqda ətraflı məlumat verib, faciənin dünyada və xüsusilə Türkiyədə tanıdılmasının əhəmiyyətini vurğulayıblar. Baş Konsul Azərbaycanın cəbhədəki vəziyyətlə barışmadığını və hər an torpaqları işğaldan azad etməyə hazır olduğunu qeyd edib.
Tədbirin sonunda Türkiyə Cəfərilərinin lideri Səlahaddin Özgündüz çıxış etmiş və Türk ictimaiyyətinin Azərbaycanın kədərini öz kədəri bildiyini qeyd edib. Azərbaycanı vətən olaraq gördüklərini qeyd edən S. Özgündüz Qarabağı işğaldan azad etmək üçün 3 milyonluq Türkiyə Cəfərilərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmrini gözlədiklərini bildirib. Halkalıda yaşayan Türkiyə Azərbaycanlılarının hazırladıqları video klipləri və məktəblilərin səhnə göstərilərini tədbir iştirakçıları göz yaşları içində seyr edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB