YAP GB Xocalı faciəsi ilə bağlı yürüş keçirib

YAP GB Xocalı faciəsi ilə bağlı yürüş keçirib

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (YAP GB) Xocalı Soyqırımının 22-ci ildönümü ilə əlaqədar yürüş keçirib. SİA-nın məlumatına görə, gənclər Ali Məhkəmənin binasının qarşısından "Ana Fəryadı" Xocalı abidəsinə qədər yürüş ediblər. Xocalı abidəsinə qədər yol qət edən gənclər abidənin qarşısına əklil qoyub, faciədə həlak olanların ruhunu yad ediblər. Gənclər əllərində Azərbaycan bayrağı, Xocalı faciəsini əks etdirən plakatlar tutublar.

Yürüşlə bağlı açıqlama verən YAP GB-nin sədri Seymur Orucov bildirib ki, yürüşdə 400-500 gənc iştirak edib. Onun sözlərinə görə, yürüşü təşkil etməkdə məqsəd Xocalı faciəsində həlak olanların xatirəsini anmaq, ruhuna dualar oxumaqdır: "Biz bu yürüşlə göstərmək istəyirik ki, faciədən 22 il ötməsinə baxmayaraq Azərbaycan gəncliyi faciəni unutmur. Azərbaycan gəncliyi hər zaman bu faciənin bəşər tarixində bir cinayət kimi tanınması üçün əlindən gələni edəcək. Biz bu gün Xocalı faciəsi ilə əlaqədar dəyirmi masa təşkil etməyi nəzərdə tutmuşuq. Dəyirmi masada faciənin siyasi aspektləri, onun həyata keçirən qüvvələrin məqsədləri barədə fikir mübadiləsi aparılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə