Qaradağda silsilə oğurluq olub

Son bir ayda Qaradağ rayonunda bir-birinin ardınca oğurluq hadisələri baş verir. Xüsusilə, təxminən bir ay öncə Qaradağ rayonunun Qobustan qəsəbəsində bir gecədə 6 dükandan oğurluq olmuşdu. Dükan sahiblərinə xeyli miqdarda ziyan dəymişdi.

SİA-ya daxil olan məlumata görə, dünən adıçəkilən qəsəbədə daha bir oğurluq hadisəsi baş verib.

Belə ki, qəsəbədə "Aydının apteki" kimi tanınan aptekə səhər saatlarında oğrular girərək kassadan xeyli miqdarda pul və bahalı dərmanları götürərək aradan çıxıblar. Şahidlərin dediyinə görə, hadisə səhərə saatlarında baş verib və bu son günlərdə qəsəbədə başlayan silsilə oğurluq hadisələrinin davamıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə