Binəqədi rayonunda abidə kompleksinin açılışı olub

Binəqədi rayonunda abidə kompleksinin açılışı olub

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində Böyük Vətən Müharibəsi iştirakçılarının adını əbədiləşdirmək üçün ucaldılan abidə kompleksinın açılışı olub. SİA-nın məlumatına görə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının, rayon ağsaqqallarının, ziyalılarının, dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə baş tutan açılış tədbirində abidənin əhəmiyyətindən danışılıb.

Qeyd olunub ki, Böyük Vətən Müharibəsi zamanı azərbaycanlıların göstərdiyi şücaət heç vaxt unudulmayacaq və bir qəhrəmanlıq səhifəsi kimi dünya tarixinin ən şərəfli dövrlərindən biri olaraq yaddaşlarda qalacaq.

Yeni görkəmdə bərpa olunan abidə kompleksi özündə bir çox çalarları əks etdirir. Modern dizaynda bərpa olunan abidə kompleksində SSRİ Sovet İttifaqı qəhrəmanlarının hazırlanmış ümumi büstü xüsusilə göz oxşayır.

Abidə kompleksinin yerləşdiyi parkda xüsusi gül kolları əkilib, insanların istirahəti üçün ən müasir skamyalar, işıqlandırma sistemləri qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə