Xocalı soyqırımı qurbanlarının xatirəsi Ağstafa məktəblərində anıldı
Ağstafa məktəblərində Xocalı faciəsinə həsr edilən tədbirlər keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, tədbirlərdə bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyi, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirib. Bildirilib ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Ağstafa rayon Dağ Kəsəmən kənd tam orta məktəbinin şagirdləri Xocalıda baş vermiş soyqırımı olduğu kimi səhnələşdirərək, XX əsrin faciəsini tədbir iştirakçılarına nümayiş etdiriblər.
Əvvəlcə məktəb kollektivi və tədbirə dəvət edilmiş rayon təhsil şöbəsinin əməkdaşları, kənd ağsaqqalları və ziyalıları bir dəqiqəlik sükutla bütün şəhidlərimizin xatirəsini yad edib. Sonra Azərbaycanın milli himni səslənib. Milli himndən sonra isə məktəb kollektivi tərəfindən hazırlanan Xocalıda baş vermiş dəhşətli faciə kompozisiya formasında nümayiş edilib. Şagirdlər Xocalıda baş vermiş dəhşətli anları olduğu kimi səhnələşdirərək tədbir iştirakçılarına təqdim edib.
Tədbirin aparıcıları ətraflı olaraq erməni şovinizmin vəhşilikləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Tədbirin sonunda şagirdlər bütün dünyada yaşayan uşaqlara müraciət edərək erməni vəhşiliklərinin pislənməsini və bu faciəni törədən şəxslərin cəzalanmasını istədiklərini deyib.
Məktəbin direktoru Mahir Nəbiyev bu tədbiri hazırlanmasında əsas məqsədin gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi olduğunu və qan yaddaşımız olan Xocalı faciəsinin unudulmaması olduğunu deyib. O bildirib ki, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir: "Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər".
Kamran Əskiparalı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB