Finlandiya parlamentinin qarşısında Xocalı ilə bağlı mitinq keçirilib
Finlandiyada fəaliyyət göstərən "Dostluq" Cəmiyyəti ölkənin parlamenti qarşısında "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilən mitinq təşkil edib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, aksiya iştirakçıları əllərində "Xocalıya ədalət!" yazılan plakatlar və Türkiyə, Azərbaycan bayraqları tutublar.
"Dostluq" Cəmiyyətinin sədri Təranə Nəzərova mitinqdə çıxış edərək Xocalı soyqırımının ermənilərin insanlıq əleyhinə törətdiyi ən dəhşətli cinayət olduğunu bildirib. Daha sonra Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib.
Mitinqdə Azərbaycan və Türkiyə diaspor təşkilatların üzvləri, azərbaycanlı tələbələr, eləcə də Finlandiya ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir zamanı Xocalı soyqırımı ilə bağlı videomateriallarla birgə imzalanan petisiya Finlandiya Xarici İşlər Nazirliyinə və Finlandiya Parlamentinə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB