“EU Reporter”: “Conference: Azerbaijan-EU Digital Agenda”

“EU Reporter”: “Conference: Azerbaijan-EU Digital Agenda”

Avropa Parlamentində Vergilər Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "İnnovasiya və mobil imza Avropa ilə yeni rəqəmsal inteqrasiya vasitəsi kimi" mövzusunda keçirilmiş konfransla bağlı Brüsseldə fəaliyyət göstərən "EU Reporter" xəbər portalında "Conference: Azerbaijan-EU Digital Agenda" adlı məqalə yerləşdirilib.

Məqalədə ölkəmizin son illərdə informasiya texnologiyaları sahəsində qazandığı uğurlardan və bu texnologiyaların əhaliyə birbaşa xidmət göstərən sahələrdə tətbiq edilməsindən bəhs olunur və Avropa İttifaqı məkanında bu sahədə lider olan Estoniya ilə paralellər aparılır. Həmçinin Azərbaycanda təbii resurslardan əldə edilən gəlirin informasiya texnologiyaları kimi vacib sahəyə yönəldilməsinin təqdirəlayiq olduğu vurğulanır.

Bütün xəbərlər Facebook səhifəmizdə