Dövlət Sərhəd Xidmətinin əməkdaşları İrandan ölkəmizə narkotik maddələrin gətirilməsinin qarşısını alıblar

Dövlət Sərhəd Xidmətinin əməkdaşları İrandan ölkəmizə narkotik maddələrin gətirilməsinin qarşısını alıblar

Dövlət Sərhəd Xidməti ölkəmizin sərhədlərinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizəni uğurla davam etdirir.

Fevralın 9-da saat 23:00 radələrində Yardımlı rayonunun Daşkənd kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə iki nəfər tərəfindən dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb.

Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları geriyə qaçmağa cəhd ediblər. Həyata keçirilən tədbirlər nəticəsində İran İslam Respublikası vətəndaşları – 1995-ci il təvəllüdlü Məmmədzadə Səid Mustafa və 1989–cu il təvəllüdlü İbrahimi Tohid Əli saxlanılıblar.

Fevralın 14-də saat 21:00 radələrində Biləsuvar rayonunun Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan iki İran vətəndaşı - 1987–ci il təvəllüdlü Şəmsəddin Cavanşir İltifat və 1981-ci il təvəllüdlü Şahimüqəddə Həsən saxlanılıblar. Sərhəd pozucularının üzərinə baxış zamanı 7 kiloqram tiryək, 350 qram heroin, 3270 qram marixuana, bir gecəgörmə cihazı aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı əməliyyat – istintaq tədbirləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə