“Uşaqlar müharibənin günahsız qurbanlarıdır” adlı kitabın təqdimat mərasimi keçrilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi xalqımıza qarşı törədilmiş soyqırımı cinayətlərini, erməni vəhşiliyini, işğal zamanı həlak olmuş, ziyan çəkmiş insanlar barədə məlumatların ictimaiyyətə çatdırılması istiqamətində tədbirlər həyata keçirir. SİA-nın verdiyi xəbərə görə, tədbirdə millət vəkilləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqdar Dövlət Komissiyasının nümayəndələri, işğal olunmuş rayonların icra başçıları, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbir Xocalı soyqırımı qurbanlarının abidəsi qarşısında faciə qurbanlarının xatirəsinin yad edilməsi ilə başlayıb.
Tədbirdə mövcud real faktları, məlumatları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, dünaya birliyini xalqımıza, eləcə də azyaşlı uşaqlara qarşı törədilmiş qanunsuz erməni vəhşiliyi, cinayətləri barədə bir daha məlumatlandırmaq məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış "Uşaqlar müharibənin günahsız qurbanlarıdır" adlı kitabın təqdimat mərasimi keçirilib.
Kitab müharibə nəticəsində həlak olmuş, itkin düşmüş, valideyinlərini itirmiş və əlil olmuş uşaqlar haqqında real faktların və rəsmi məlumatların toplanılması əsasında hazırlanıb.
Qeyd edək ki, sonda Xocalı soyqırımında həlak olan, əsir düşən, valideyinlərini itirən uşaqların siyahısı haqqında video çarx təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB