Göytəpədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Göytəpədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Fevralın 23-də Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunun Göytəpə şəhərindəki "N" saylı hərbi hissəsinin Təlim-Tədris Mərkəzində gənc əsgərlərin hərbi andı qəbul etmələri ilə əlaqədar təntənəli mərasim keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbirii hərbi hissə komandiri, polkovnik Mehman Yusifovun açaraq gənc əsgərləri salamlayıb. Daha sonra DSX-nin şəxsi heyət üzrə baş idarənin rəisi, general-mayor Azad Ələkbərov şəxsi heyəti və mərasim iştirakçılarını təbrik edərək, sərhədlərimizin gənc qurucularına çətin və şərəfli işlərində uğurlar arzulayıb.

Andiçmə mərasimində gənc əsgərlərin valideynləri çıxış edərək, onlara Vətənin sərhədlərini göz bəbəyi kimi qorumağı tövsiyə ediblər. DSX rəisi, general-leytenant Elçin Quliyevin təbrik teleqramı oxunduqdan sonra hərbi hissənin döyüş bayrağı meydana gətirilib, gənc əsgərlər Vətənə sədaqət andını içiblər. Mərasim başa çatdıqdan sonra A. Ələkbərov gənc əsgərlərin valideynləri ilə görüşərək, onların müraciətlərini dinləyib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə