Bakıda K-1 döyüşü üzrə dünya “Qran-pri” turnirinin final mərhələsi keçirilib
Fevralın 23-də "Sərhədçi" Olimpiya İdman Mərkəzində K-1 döyüşü üzrə dünya "Qran-pri" turnirinin final mərhələsi keçirilib.
Turnirin reqlamentinə uyğun olaraq, əsas görüşlərdən əvvəl reytinq döyüşləri keçirilib.
Gecənin əsas döyüşlərində məşhur tailand idmançısı Buakav Bançamek ilə Sung Hyung Le (Koreya Respublikası) qarşılaşıb. Bu görüşdə Buakav Bançamek qalib gəlib.
Digər yarımfinal görüşündə isə kanadalı Şane Kampbell Almaniya idmançısı Enriko Kehlə qarşılaşıb. Bu görüşdə isə almaniyalı idmançı üstün olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB