Nizami rayonunda “Xocalı” tamaşası nümayiş olunub FOTO

Nizami rayonunda “Xocalı” tamaşası nümayiş olunub FOTO

Fevralın 22-də Nizami rayonundakı 129 nömrəli məktəbdə Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının dəstəyi ilə keçirilmiş anma tədbirində şairə Zərəngiz Dəmirçi Qayalının "Cavab ver" poeması əsasında səhnələşdirilmiş "Xocalı" tamaşası nümayiş olunub.

Tamaşanı Bakı Uşaq Teatrı nəzdində fəaliyyət göstərən "Günay" Uşaq Teatrının yeniyetmə kollektivi təqdim edib.

Quruluşçu rejissoru Larisa Tarusova, baletmeysteri Günəş Talıblı olan tamaşada əsas rolları Leyla Yunusova, Əli Əliyev, Ləman Abbaszadə və başqaları ifa ediblər.

Məktəbin foyesində Nizami rayonunda yerləşən məktəblərin şagirdlərinin Xocalı soyqırımını əks etdirən əl işlərindən ibarət sərgi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə