“Nağıl, əfsanə və rəvayətlər ölkəsində”

“Nağıl, əfsanə və rəvayətlər ölkəsində”

2014-cü ilin fevral – may aylarında Qoleniou Mədəniyyət Evinin təşkilatçılığı və YUNESKO üzrə Polşa Milli Komissiyasının dəstəyi ilə XXIII Beynəlxalq "Rəng Sənəti" İncəsənət Festivalı keçiriləcək. Bu barədə SİA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mövzusu "Nağıl, əfsanə və rəvayətlər ölkəsində" olan festivalın keçirilməsində əsas məqsəd gənclər arasında bütün növ bədii yaradıcılığın təşviq edilməsi, bu sahəyə marağın artırılmasıdır.

Festivalda 6-24 yaş arası uşaq və gənclər üç istiqamət – rəssamlıq, qrafika və foto sənəti – üzrə iştirak edə bilərlər. İşlər 15 mart 2014-cü il tarixinə qədər təşkilatçılara poçt vasitəsilə göndərilə bilər.

Festivalın qalibləri 28 may-1 iyun 2014-cü il tarixlərində Polşanın Qoleniou şəhərində keçiriləcək mükafatlandırma mərasiminə dəvət ediləcək və pul mükafatlarına layiq görüləcəklər.

Qeyd edək ki, qaliblərin ezamiyyə xərcləri Festivalın təşkilatçıları tərəfindən ödəniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə