Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinə bəyanatla müraciət edib

Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentinə bəyanatla müraciət edib

Avropa Azərbaycanlıları Konqresi "1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş soyqırımın cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli"nə dair Avropa Parlamentinin Xarici siyasət komitəsinin sədri Elmar Brok və Insan hüqüqları komitəsinin üzvü Elizabet Yeqqleyə bəyanat və sorğu ilə müraciət edib. SİA-nın məlumatına görə, eyni zamanda AAK Avropa Parlamentinin 300-ə qədər üzvünə ünvanlanan müraciətdə Avropa Parlamentindən Dağlıq Qarabağ münaqişəsinin müvafiq beynəlxalq normalara uyğun olaraq həllinə münasibət bildirmək, 26 fevral 1992-ci ildə ermənilər tərəfindən Xocalı sakinlərinə qarşı həyata keçirdiyi soyrıqırım aktının müharibə zamanı törədilən cinayət kimi qiymətləndirməsini tələb edib. Müraciətdə həmçinin Xocalı soyqırımının beynəlxalq ekspetlər komissiyası tərəfindən araşdırılması, ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrin başçılarından münaqişənin həlli yolunda və sülhün əldə edilməsində cəhd göstərmələri istənilib. Daha sonra müraciətdə bildirilir ki, sülh Cənubi Qafqazda ortaq coğrafi mövqeyə, təbii sərvətlərə və çoxəsrlik mədəni irsə malik xalqların birgə yaşaması və inkişafına təkan verəcək yeganə vasitədir.

Müraciətin sonunda AAK münaqişənin həlli ilə bağlı indiyə qədər qəbul edilmiş qərar və bəyanatlara istinad edərək və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək məqsədilə Bəyanatın Avropa Parlamenti tərəfindən diqqətlə qəbul ediləcəyinə və bu yolda yeni səylər göstəriləcəyinə ümid etdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə