"Səs" qəzetinin təşəbbüsü ilə keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı FOTOLAR
Bu gün Azərbaycan Universitetinin "İctimai elmlər" kafedrasında "Müstəqilliyimizə gedən yol 20 yanvardan keçir" adlı inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, müsabiqə "Səs" qəzetinin Azərbaycan Universitetində ilə birgə ali məktəb tələbələri arasında baş tutub.
Tədbirdə universitetin rektoru Eldar Qəhrəmanov, "Səs"qəzetinin baş redaktoru Behruz Quliyev, ali məktəbin müəllimləri, müsabiqə qalibləri və tələbələr iştirak ediblər. Tədbirdə çıxış edən ali məktəbin rektoru Eldar Qəhrəmanov hər kəsi salamlayaraq xalqımızın tarixində baş vermiş qanlı hadisələrdən danışıb: "20 Yanvar xalqımızın qəhrəmanlıq tarixidir. Sovet imperiyasının son nəfəsində Bakıda törətdiyi qırğın bu diktaturanın mahiyyətini açıb göstərdi. Bu hadisə müstəqillik uğrunda apardığı mübarizədə insanlarımızı bir az da mətinləşdirdi, bütün dünya azərbaycanlılarını ayağa qaldırdı. Amma xalqımıza qarşı başlanmış soyqırımına bununla son qoyulmadı. Qarşıdan Xocalı faciəsinin 22-ci ildönümü gəlir. Xocalı faciəsi insanlığın tarixinə qara hərflərlə yazılıb. Bu hadisə heç bir zaman unudulmur və unudulmayacaq.
Tədbirdə Xocalı faciəsində həlak olanların əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbir müsabiqə iştirakçılarının mükafatlandırması ilə davam edib.
Müsabiqədə yazısı fərqlənən 7 nəfərə təltifnamə təqdim edilib. İki nəfər həvəsləndirici mükafata layiq görülüb. Həvəsləndirici mükafat alanlara diplom və pul mükafatı verilib.
Tədbirin davamında hər yer üzrə iki nəfər olmaqla I, II, III yerin qaliblərinə diplom və pul mükafatı təqdim edilib. I yerin qalibləri 150, II yerin qalibləri-100, III yerin qalibləri 50 AZN məbləğində pul mükafatına layiq görülüb.
Tədbirin sonunda qalibləri təbrik edən E.Qədirov müsabiqənin keçirilməsinə təşəbbüs göstərdiyinə görə "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevə təşəkkürünü bildirib. Rektor vurğulayıb ki, Səs Media Qrupu universitetin tədbirlərinin işıqlandırılmasında fəallığı ilə seçilir.
"Səs"qəzetinin baş redaktoru Bəhruz Quliyev də öz növbəsində qalibləri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb.
Tədbirin sonunda qaliblər xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, yazı müsabiqəsinə yanvarın 7 də start verilib, fevralın 20-də yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB