Yeni telekanalın açılması ilə bağlı elan olunan müsabiqə başa çatıb

Müsabiqəyə üç iddiaçı sənəd təqdim edib
Yeni telekanalın açılması ilə bağlı elan olunan müsabiqə başa çatıb

Milli Televiziya və Radio Şurası tərəfindən ümumrespublika televiziya yayım kanalının açılması üçün ( Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək elan edilmiş müsabiqə başa çatıb. MTRŞ-dan SİA-ya verilən xəbərə görə, qeyd olunan müddətdə 3 iddiaçı- "Brand in Baku" MMC, "Fatiyev Company" MMC, "Region TV" MMC müsabiqəyə sənədlərini təqdim edib.

"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqənin elan edildiyi gündən 60 gün müddətində müsabiqənin nəticələrinə baxılacaq və müvafiq qərar qəbul ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə