İranda 100-dən artıq azərbaycanlı fəal həbs olunub

İranı “21 Fevral Beynəlxalq Ana dili günü”nə qarşı həbs dalğası bürüdü
İranda 100-dən artıq azərbaycanlı fəal həbs olunub

İranda "21 Fevral Beynəlxalq Ana dili günü"nə qarşı həbs dalğası tüğyan edir. Newstime.az-ın "Oyannews"-a istinadən verdiyi xəbərə görə, iki milli mədəni fəal – Səccad Əfruziyan və Kərim Fəyazi dünən Molkan şəhərində təhlükəsizlik əməkdaşları tərəfindən həbs olunub.

Eyni zamanda Səccad Əfruziyanın atasının evində axtarış aparılaraq Səccad Əfruziyana məxsus şəxsi əşyalar zəbt olunub.

Adı çəkilən şəxslərin həbs səbəbləri açıqlanmır.

Bugün isə "Ana dili günü" ilə bağlı bir yerə toplanan Güney Azərbaycanlı milli mədəni fəallardan 100 nəfərdən çoxu Əhər şəhərində həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə