Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və "Buta Sığorta" ASC arasında əməkdaşlıq çərçivəsində "Tələbə Təcrübə Proqramı" davam edir. ATGTİ-nin mətbuat katibi Hüseyn İsmayılovun SİA-ya verdiyi məlumata görə, təcrübə proqramına Azərbaycanın müxtəlif universitetlərinin tələbələri cəlb edilib.
Layihənin məqsədi tələbələrə praktiki və nəzəri biliklər verərək iş mühitinə hazırlamaqdır. Bununla da istedadlı və bacarıqlı gənclər karyeralarına "Buta Sığorta məktəbi" keçərək başlayıblar.
Tələbələr üçün ödənişsiz sığorta, biznes və ixtisas treninqləri təşkil ediləcək. Şirkət tələbələrə Panasonic, Nestle, Toyota, Toshiba, Renault, Volvo, Land Rover, Meqafon kimi məhşur şirkətlərin işçi personalına Avropanın satış təlimləri üzrə tanınmış mütəxəssisi Maykl Benq tərəfindən keçirilmiş treninqləri təşkil etməklə yeniliyə imza atıb.
Tələbələrə şirkətin "Satış" departamenti, "Marketinq", "Mühasibatlıq" və "Sığorta hadisələri" şöbələrində təcrübə imkanları yaradılacaq. Proqram üçün müraciət etmiş 250 tələbə içərisindən seçilən 9 tələbənin təcrübə keçməsinə bu ilin fevral ayının 10-dan start verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB