Böyük Britaniyanın “Avropa Times” qəzetində Xocalı soyqırımından bəhs edən məqalə dərc edilib

Böyük Britaniyanın “Avropa Times” qəzetində Xocalı soyqırımından bəhs edən məqalə dərc edilib

Böyük Britaniyanın "Avropa Times" qəzetində "Xocalı soyqırımı - XX əsrin davam edən ədalətsizliyi" sərlövhəli məqalə dərc edilib.
Məqalə ümummilli lideri Heydər Əliyevin soyqırımı haqqında sözlərindən sitatla başlanır.
Xocalı faciəsinin mahiyyəti haqqında məlumat verilib və Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğu vurğulanıb. Bildirilib ki, bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil bütün insanlığa qarşı törədilmiş cinayətdir.
Müəllif, həmçinin vurğulayıb ki, Xocalının işğalı zamanı ermənilər Azərbaycanın sosial inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələrini məhv edib. Bu erməni vəhşiliyi və dünya mədəniyyətinə qarşı təcavüzün bariz nümunəsidir. Beynəlxalq aləmdə faciə və ermənilərin barbarlığı haqqında məlumat əldə edən jurnalistlər və publisistlər dəhşətə gəldiklərini bildiriblər.
Məqalədə, həmçinin soyqırımın əyani sübutlarının varlığı və dünya ictimaiyyətini bu barədə məlumatlandırılmasının vacibliyi vurğulanıb, BMT, Avropa İttifaqı, ATƏT kimi beynəlxalq təşkilatların məsələ ilə bağlı tezliklə ölçü götürəcəklərinə və bu ədalətsizliyə son qoyacaqlarına ümid bəsləndiyi diqqətə çatdırılıb.
Məqalə Martin Luterin "Müəyyən bir yerdə olan ədalətsizlik, hər yerdə olan ədalətə təhdiddir" sözləri ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə