Sumqayıtda Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Mən də varam" adlı sərgi keçiriləcək. SİA-nın məlumatına görə, sərgidə Sumqayıtın orta məktələrində inklüziv təhsil alan 50-dən artıq şagirdin əl işləri və rəsm əsərləri nümayiş olunacaq. Layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların istedadlarının üzə çıxarılması, onların stimullaşdırılmasıdır.
Layihənin koordinatoru Vüsal Məmmədov bildirib ki, layihə həmin gənclərin əl işlərinin, bacarıqlarının populyarlaşdırılmasına, onların stimullaşdırılmasına, cəmiyyətə inteqrasiyası və sosial adaptasiyasına xidmət edəcək.
Sərgi mart ayında Sumqayıt şəhər Rəsm Qalereyasında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB