ABŞ səfiri Trend İnformasiya Agentliyinin ofisində olub

ABŞ səfiri Trend İnformasiya Agentliyinin ofisində olub

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar fevralın 20-də Trend İnformasiya Agentliyinin ofisində olub. SİA-nın məlumatına görə, diplomat ofisə baş çəkərkən Trend-in jurnalistinə müsahibə verib. O, müsahibəsində ABŞ-Azərbaycan əməkdaşlığının perspektivləri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rolu, ölkəmizin sülhməramlı missiyalarda iştirakı, İranın regional enerji layihələrində iştirak imkanlarından danışıb, həmçinin digər məsələlərə toxunub.

Səfir sonra Trend-in İngilis xəbərlər xidmətinin və digər xidmətlərin ingilisdilli əməkdaşları ilə görüşüb. R. Morninqstar agentliyin regionun informasiya məkanında qabaqcıl oyunçu kimi işini və Trend-in jurnalistlərinin peşəkarlığını yüksək qiymətləndirib.

R. Morninqstar qeyd edib: "Trend kollektivi böyük iş görür, burada peşəkarlar işləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə